Angioqrafiya və stent üçün xəstəxanalara müraciət edənlərin sayı artır. Bu sahədə əsas məsuliyyət onları müayinə və müalicə edən həkimlərin üzərinə düşsə də, bu metodların mahiyyətini bilməyənlərə də müvafiq bilgi vermək qərarına gəldik. Ümid edirik ki, angioqrafiya və stent haqqında bilmək istədikləriniz sağlamlığınızın qorunmasına öz töhfəsini verəcək.
Öncə qeyd edim ki, angioqrafiya diaqnostik metod olub hər hansı bir orqanın damarlarında tıxanmanın olub-olmadığını göstərmək məqsədi ilə edilir. Ürək damarlarında daralmaların olub-olmadığını göstərmək üçün edilən angioqrafiyaya koronar, ayaqlarda olan daralmanı müəyyən etmək üçün isə periferik angioqrafiya deyilir. Angioqrafiyanı qasıq və ya bilək (xalq arasında buna “qoldan angioqrafiya etmək” deyilir) nahiyəsindən arteriya adlandırdığımız damarlara girərək edirik. Angioqrafiya ilə daralmış damar açılmaz. Bununla damarlarda daralmanın olub-olmadığı müəyyən edilir. Daralmış ürək damarları isə balon və və ya stentlə açılır.Buna isə Angioplastika deyilir
