Prosedurlar

Varikoz əməliyyatı

Endovenoz Lazer Ablasiya – Müasir Lazer cihazı ilə 1470nm həyata keçirilən invaziv və az travmatik metoddur. Əməliyyat yerli anesteziya (keyitmə) ilə dəridə çox kiçik dəlik açmaqla aparılır. Bu zaman tikiş qoymağa ehtiyac duyulmur. Faktiki olaraq ambulator bir prosedurdur. Əməliyyat lazerlə, qansız, ağrısız, narkozsuz, xəstəxanada qalmadan və ən əsası gündəlik həyat tərzindən qalmadan aparılır. Sağlam damarlar zədə almır, saxlanılır. Reabilitasiya müddəti çox qısadır. 

Biopsiyalar

Biopsiyası  sadə, az travmatik və diaqnostik dəyərləndirmə üçün əvəzsis müayinə üsullarından biridir.

Bu procedura toxumadan nümunə almaq mümkündür.

Orqan və toxumalardan asılı olaraq biosiyaların müxtəlif üsullarından istifadə edilir. Eyni zamanda dəqiq dəyərləndirmə gərəkdirən ilkin diaqnozlardan asılı olaraq biosiya üsulu seçilir.

Bu nümunələr patologlar tərəfindən dəyərləndirilir və sonraki müalicə usulunun seçilməsində büyük köməklik göstərir.

Doppler müayinə

Doppler müayinə damar divarının qalınlığını, iltihabi proseslər zamanı damarlarda baş verən dəyişikliyi aşkar etməyə imkan verir. Həmçinin trombları, daralmaları, tıxanmaları,  müalicə sonrası dinamik prosesləri müşahidə və dəqiq diaqnostikasını mümkün edir.

Anqioqrafiya

Angioqrafiya və stent üçün xəstəxanalara müraciət edənlərin sayı artır. Bu sahədə əsas məsuliyyət onları müayinə və müalicə edən həkimlərin üzərinə düşür.Biz, bu metodların mahiyyətini bilməyənlərə də müvafiq bilgi vermək qərarına gəldik. Ümid edirik ki, angioqrafiya və stent haqqında bilmək istədikləriniz sağlamlığınızın qorunmasına öz töhfəsini verəcək.
Angioqrafiya diaqnostik metod olub hər hansı bir orqanın damarlarında tıxanmanın olub-olmadığını göstərmək məqsədi ilə edilir. Ürək damarlarında daralmaların olub-olmadığını göstərmək üçün edilən angioqrafiyaya koronar angioqrafiyadır. Ayaqlarda olan daralmanı müəyyən etmək üçün isə periferik angioqrafiya tətbiq edilir. Angioqrafiyanı qasıq və ya bilək nahiyəsindən arteriya adlandırdığımız damarlara girərək edirik. Xalq arasında buna “qoldan angioqrafiya etmək” deyilir. Angioqrafiya ilə daralmış damar açılmaz. Bununla damarlarda daralmanın olub-olmadığı müəyyən edilir. Daralmış ürək damarları isə balon və və ya stentlə açılır. Buna isə Angioplastika deyilir

KT & MRT

Kompüter tomoqrafiya (KT) müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. KT-bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.
Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar , ətraflar və s. Orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti bir necə dəqiqəni aşmır. Narkoz və sedasiyalara ehtiyac olmur.

Skleroterapiya

Ağrısız varikoz damarlarının müalicəsində köpük skleroterapiya və lazer kimi daha müasir üsullardan istifadə edilir. Əməliyyatsız tətbiq edilən bu üsullarda xəstələrimiz eyni gün sosial həyatlarına qayıda bilirlər.
Köpüklü skleroterapiya metodunda sklerozlaşdırıcı maddə istifadə olunur. Köpük şəklində tətbiq olunan bu maddə sayəsində damarlarda endotel zədələnməsi baş verir. Beləliklə, damarlar yapışır və varikoz damarları şikayəti aradan qalxır.

Dr. Ramil Zeynalov
İnvaziv radioloq, Damar mütəxəssisi

İlkin müayinə üçün