Damarlarının Doppler müayinəsi üsulu qan axınının intensivliyini, arteriyalarda, damarlarda və onlara birbaşa bitişik toxumalarda müəyyən patoloji vəziyyətlərin mövcudluğunu təyin etməyə imkan verən yüksək informativ diaqnostik prosedurdur.
Doppler məlumatları real vaxt rejimində göstərilir. Eyni zamanda, müasir avadanlıqların istifadəsi informasiyanın kəmiyyət və qrafik cəhətdən fiksasiya edilməsinə imkan verir. Dopller müayinə zamanı çıxan səs damarlarda qan axınının intensivliyini və dolğunluğunu qiymətləndirmək imkanını təmin edir.
Dupleks skanlama damar klapanlarının səhv işləməsinin ilkin mərhələsində, müxtəlif damar lezyonlarını və qüsurlarını, müxtəlif etiologiyalı trombozları təyin etməyə imkan verir. Prosedurun nəticəsi olaraq, müayinə edən həkim arteriyalarda və ya vena damarlarinda daralma,tıxanma və ya maneənin olması eyni zamanda bu dəyişikliklərin yeri-lokalizasiyası haqqında dəqiq məlumat verə bilir.
Doppleroqrafiya bu cür patoloji dəyişikliklərin səbəblərini də müəyyən edə bilir. Qan laxtaları, parietal damar lövhələri və ya xroniki iltihab prosesinin olması dinaqnostik dəyərləndirmədə müaəəyən edilir.
Bu müayinə ilə damar patologiyasının aradan qaldırılması üçün nəzərdə tutulan müalicə metodikası dəqiq təyin edilir.