Varikoz xəstəliyi
Varikoz damarları cəmiyyətin böyük bir hissəsində görülən həm estetik, həm də funksional şikayətlərə səbəb olan bir problemdir. Aşağı ətraf vena damarlarında yetməzlik və deformasiyalar nəticəsində yaranan varikoz problemi insanın gündəlik həyatına da əhəmiyyətli dərəcədə təsir edir.
Varikoz necə yaranır?
Varikoz damarları adətən ayaq damarlarında venoz reflüks problemi nəticəsində, çirkli qanın ürəyə qaytarılmasında olan sorundur. Çirkli qan bütün bədəndən təmizlənmək üçün ağciyərlərə getməlidir. Bu səbəbdən də həmin qan ürəyə qayıtmalıdır. Damarlarda qan aşağıdan yuxarıya doğru gedərkən damarlardakı qapaqlarda yetməzlik əmələ gəlir və qan geriyə axmağa başlayır bundan sonra damarlarda təzyiq yaradaraq onları deformasiya edir.
Varikoz damarlarının simptomları hansılardır?
● Bacaklarda yanma, ağrı və təzyiq hissi
● Dərinin altında görünən bənövşəyi və yaşıl damarlar
● Dərinin altında uzanmış, qıvrılmış və sıxılmış damarların görünüşü
gecə krampları
● Bacaklarda yorğunluq və titrəmə hissi
● Ödem
● qaşınma
Varikoz damarlarının səbəbləri nələrdir?
Varikoz damarlarına əmələ gəlməsinə səbəb olan bir çox amil var. Bunları aşağıdakı kimi sıralamaq olar;
● Genetik faktorlar
● Cins (qadınlarda daha çox rast gəlinir)
● Hərəkətsizlik
● İrəli yaş
● Artıq çəki
● Yetkinlik, hamiləlik və ya menopauza kimi intensiv hormonal dəyişikliklər dövrləri
● Travmatik hadisələr (damar zədələri)
Eyni zamanda varikoz probleminin ortaya çıxmasında;
Uzun müddət oturmaq, uzun müddət ayaq üstə durmaq, çox dar paltarlar və çox hündürdaban ayaqqabılar seçmək, qəbizlik də rol oynaya bilər.
Varikoz damarlarını necə təyin etmək olar?
Bu gün varikoz damarları probleminin diaqnozunda bir çox radioloji müayinələrdən istifadə olunur. Rəngli Doppler ultrasəs bu müayinələr arasında ən keyfiyyətli məlumat verən üsuldur.
Rəngli Doppler ultrasəsmüayinəsi- Pasient uzanıqlı və ayaq üstə aparılmalı olan bir müayinə üsuludur. Ayaqlarda varikoz damarlarının dəqiq diaqnostikasında istifadə edilən Rəngli Doppler ultrasonoqrafiya damarların strukturunun, əmələ gələn laxtaların, qapaqlardakı qüsurların və sızmaların müəyyən edilməsində təsirli rol oynayır.
Nadir olsa da, varikoz damarlarının diaqnostikasında istifadə edilən digər üsullar; kompüter tomoqrafiyası, maqnit rezonans (MR) və venoqrafiya müayinələri. Varikoz müalicəsinin uğurla həyata keçirilməsində diaqnozstik proses böyük əhəmiyyət kəsb edir. Belə ki, yetməzlik və ya çatışmazlıq olan damarın aşkarlanması ilə yanaşı, hansı müalicə üsulunun tətbiq olunacağına diaqnoz prosesində qərar verilir.
Varikoz damarlarının müalicəsi
Varikoz damarları problemi xəstələrin çoxunda uzun illər heç bir şikayətə səbəb olmasa da, bəzi xəstələrdə gündəlik həyat fəaliyyətlərini maneə törədəcək dərəcədə simptomlara səbəb ola bilir. Kosmetik şikayətlərlə yanaşı, bel ağrıları, xroniki yorğunluq və ya ayaqlarda ağrı problemləri, həmçinin müalicə olunmayan varikoz damarlar zamanla ağciyərlərdə laxtalanma və ya ayaqlarda yaralara səbəb ola bilər. Bu səbəblə varikoz problemi nəzarət altına alınmalı, ixtisaslı tibbi üsullar tətbiq edilməli və müalicə planlaması düzgün tətbiq edilməlidir.
Bu gün varikoz damarlarının müalicəsində müxtəlif üsullardan istifadə olunur.
Varikoz damarlarının müalicəsi əsasən iki əsas məqsədə malikdir. Bunlar: Yetməzlik olan damarı müalicə etmək və varikoz probleminin təkrarlanmasının qarşısını almaq və xəstədə yaranan şikayətləri aradan qaldırmaqdır.
Varikoz damarlarının müalicəsində hansı üsullardan istifadə olunur?
Varikoz damarlarının müalicəsində cərrahi və qeyri-cərrahi üsullar tətbiq oluna bilər. Bu üsullar aşağıdakı kimi tətbiq oluna bilər
● Varikoz damar əməliyyatı (cərrahi)
Cərrahi Varikoz əməliyyatı, varikoz problemi olan damar aşkar edildikdən sonra topuq və qasıq nahiyəsindən edilən kiçik kəsiklərin bağlanaraq damarların çıxarılmasına əsaslanır. Bu üsul adətən anesteziya altında aparılır.
Varikoz damarlarının müalicəsində cərrahi seçim uzun illərdir istifadə edilən klassik üsuldur. Hazırda bu üsula üstünlük vermilmir.
Bu gün həm anesteziya tətbiqi, həm də kəsik açılması sayəsində çox daha rahat üsullar inkişaf etdirilmişdir.
● Lazer üsulu
EVLA-ENDOVENOZ LAZER ABLASİYA.Varikoz damarlarının müalicəsində damara yerləşdirilən kateter vasitəsilə lazer enerjisi göndərilir.Ultrasəs nəzarəti altında həyata keçirilir. Xüsusilə kapilyar varikozlu xəstələrdə kapilyarların yandırılması və ya iri venalarda venanın içəridən yandırılmasına əsaslanır. Adətən tümesent anesteziya üsulu ilə tətbiq edilən lazer müalicəsindən sonra varikoz damarları zamanla kiçilir və yox olur.Narkozsuz,xəstəxanada qalmadan və reabilitasiya müddəti çox qısa olan bir müalicə metodudur.Xəstə dərhal normal həyatına dönə bilir.
Radiofrekans ablasiya
Son illərdə varikoz damarlarının müalicəsində istifadə edilən üsullardan biri də radiotezlikdir. Bu üsul adətən ümumi və ya lokal anesteziya ilə ultrasəs nəzarəti altında həyata keçirilir. Tətbiqdən sonra minimum ağrı və göyərmə müşahidə oluna bilər. Eyni zamanda, müalicədən sonra idman proqramlarını kəsməmək tövsiyə olunur.
Yapıştırma üsulu
Bu texnika kateter vasitəsilə lokal anesteziya altında varikoz damarına daxil edilərək həyata keçirilir. İstifadə etdiyimiz bioloji yapışdırıcı ilə damar ləğv edilir və qan normal venaya yönəldilir. Bu texnikada qanaxma, göyərmə kimi ağırlaşmalar müşahidə olunmur və xəstə dərhal normal həyatına qayıdır.
Skleroterapiya və köpük terapiyası
Skleroterapiya xalq arasında iynə terapiyası kimi təyin olunur. Onun əsasını iynə vasitəsilə damara göndərilən yetməzliyi olan damarın dondurulması və zərərsizləşdirilməsini təmin edir. Dərin vena damarlararına tətbiq edilə bilməz. Yalnız səthi kapilyarlardamarlara tətbiq oluna bilər.
Köpük müalicəsi. Klassik iynə müalicəsində istifadə edilən dərmanın hava ilə təmasda köpürməsi nəticəsində yetməzliyi olan venaya yeridilməsi prosesidir.
Köpük terapiyası ilə skleroterapiya (iynə terapiyası) arasındakı fərq, dərmanların çox aşağı nisbətdə istifadəsi və böyük damarlarda daha sürətli təsiri. Dərman venaya yeridildikdə, damar dondurulur və təsirsiz hala gəlir. Varikoz damarlarının digər müalicə üsulları ilə müqayisədə çox daha rahat bir prosesdir.
Varikoz corabları(Kompression trikotaj)
Varikoz damarlarının müalicəsində kompressiya corablarından istifadə
Qan dövranı pozğunluğu və venoz çatışmazlıq nəticəsində yaranan varikoz damarlarının müalicəsini dəstəklədiyi üçün sıxılma corablarının istifadəsi tövsiyə olunur. Bir həkim nəzarəti altında istifadə edilməli olan kompressiya corabları gün ərzində davamlı olaraq istifadə edilməli və səhər yataqdan qalxmazdan əvvəl geyinilməlidir.